Bərdədə "Prius" 49 yaşlı kişini vurdu

Bərdə rayonunda "Toyota Prius" qəza törədib.
Referans Media bildirir ki, 2000-ci il təvəllüdlü Elmir İnqilab oğlu Türbəndəyev idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu, Əliyanlı kəndindən keçən hissəsində yolu keçən
 1977-ci il təvəllüdlü İlyas Hüseyn oğlu Aslanovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanılıb./oxu.az/
 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki