O görüntülər boşanmanın ardından yenidən yayıldı: Demet Özdemirin bacısı boşandı

Türkiyəli aktrisa Demet Özdemirin bacısı Dərya Özdemir həyat yoldaşı Yalçın Kale ilə boşanıb. Cütlüyün nikahını sakit şəkildə sonlandırmasının ardından Demet Özdemirin toyunda yaşanan və uzun müddət diqqət çəkən görüntülər yenidən gündəmə gəlib.

Referans Media xəbər verir ki, Dərya Özdemir və Yalçın Kalenin boşanması xəbəri yayıldıqdan sonra sosial media istifadəçiləri Demet Özdemirin toyundan görüntüləri yenidən müzakirə etməyə başlayıblar.

Toy mərasimi zamanı Dərya Özdemirin həyat yoldaşı ilə eyni kadrda görünməkdən yayınması diqqət çəkmişdi. Həmin anlar boşanma xəbərinin ardından yenidən gündəmə gələrək sosial mediada müzakirələrə səbəb olub.

Cütlüyün boşanma qərarının səbəbləri ilə bağlı isə ətraflı məlumat paylaşılmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki