SON DƏQİQƏ: Bayram Məmmədovun qardaşı həbsxanada vəfat etdi

Bayram Məmmədovun həbs edilən qardaşı vəfat edib. Avqustun 1-də anasını qətlə yetirərək həbs edilən Elvin Məmmədov dünyasını dəyişib.

Referans Media  Nocomment.az-a istinadən xəbər verir ki, o, gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib və orada ölüb. Onun vəfatının səbəbi hələlik bilinmir.

Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.

Məsələ ilə bağlı Penitensiar xidmətin və TƏBİB-in mətbuat xidmətlərinə sorğu göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki