97 yaşlı aktrisa vəfat etdi

Amerikalı aktrisaBanni Levin vəfat edib.

Referans Media xəbər verir ki, aktrisa Kaliforniyanın Tarzana şəhərindəki evində 97 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1928-ci ildə Nyu-Cersidə anadan olan Levine uzun illər məktəb kitabxanaçısı kimi çalışıb. 25 illik fəaliyyətindən sonra aktrisalıq arzusu ilə Hollivuda üz tutub və “Gilmore Girls”, “La La Land”, “Law & Order” və “Raising Hope” kimi layihələrdə rol alıb.

Aktrisa son illərinə qədər fəaliyyətini davam etdirib. Onun son ekran işləri arasında “Thelma”, “Sacramento”, “The Upshaws” və “The Cure” yer alır.

Levine 1991-ci ildə həyat yoldaşı Bernie Levine ilə birlikdə Nyu-Yorkda aktyorlar üçün “Actors Connection” təşkilatını təsis edib. O, üç övladı və iki nəvəsi ilə yadda qalıb./Axşam.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki