"Barselona"nın vingeri Lamin Yamal UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah"a qarşı keçiriləcək oyun üçün Bakıya gəlməyəcək.
Referans Media xəbər verir ki, gənc futbolçunun İspaniyada qalması ilə bağlı qərar klub rəhbərliyi ilə razılaşdırılıb.
Onun mövsümün qarşıdakı həlledici mərhələsinə 100 faiz hazır olması üçün istirahət etməsinə şərait yaradılıb.
Qeyd edək ki, "Sabah" – "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq./Offsideplus.az/
