İspaniya hökuməti Avropa Birliyi ilə İsrail arasında olan ortaq sazişin ləğvi tələbini rəsmi şəkildə gündəmə gətirməyə hazırlaşır. Bu məsələ 21 aprel tarixində Brüsseldə keçiriləcək AB xarici işlər nazirlərinin iclasında müzakirəyə çıxarılacaq.
İspaniyanın baş naziri Pedro Sánchez bildirib ki, İsrail hökumətinin insan haqları pozuntuları səbəbindən belə bir addım zəruridir. Onun sözlərinə görə, beynəlxalq hüququ pozan ölkə AB tərəfdaşı ola bilməz.
Rəsmi Madrid vurğulayır ki, bu mövqe İsrail xalqına qarşı deyil, Binyamin Netanyahu hökumətinin siyasətinə qarşı yönəlib.
Məlumata görə, İspaniyanın təşəbbüsünü bəzi ölkələr dəstəkləyir, lakin AB daxilində bu məsələdə fikir ayrılığı mövcuddur.






















