Dünya üzrə aparılan müşahidələr göstərir ki, insanlar fərqli mədəniyyətlərdə yaşasalar da yuxularında oxşar səhnələrlə qarşılaşırlar. Bu, beynin emosiyaları və gündəlik stressi oxşar şəkildə emal etdiyini göstərir.
Referans Media xəbər verir ki, ən çox rast gəlinən yuxular arasında dişlərin tökülməsi, ilan görmək, yıxılma hissi, qovalanma və imtahana və ya vacib hadisəyə gecikmə kimi vəziyyətlər yer alır. Bu yuxular çox vaxt insanın daxili gərginliyi, qorxuları və özünə inamla bağlı hissləri ilə əlaqələndirilir.
Mütəxəssislər bildirirlər ki, xüsusilə stressli dövrlərdə bu tip yuxular daha tez-tez təkrarlanır. Beyin gündəlik həyatda həll edilməyən düşüncə və duyğuları yuxu zamanı simvollarla ifadə edir.
Təkrarlanan yuxular isə adətən psixoloji yüklənmə və ya narahatlıq siqnalı kimi qiymətləndirilir. Buna görə də yuxu keyfiyyəti həyat tərzi ilə birbaşa bağlıdır.
Mütəxəsislər bildirirlər ki, daha rahat və dərin yuxu üçün isə müntəzəm yuxu rejimi, ekran vaxtının azaldılması, ağır qidalardan uzaq durmaq və stressin idarə olunması tövsiyə edilir./Sfera.az
