Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində olub.
Belə ki, axşam saatlarında yolda idarəetmədən çıxan “Lexus” markalı minik avtomobili kanala aşıb.
Qəza nəticəsində maşında olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.

























