Məktəblərə YENİ QADAĞA gəlir: Artıq bu cür geyinmək MÜMKÜN OLMAYACAQ - pulsuz paylanacaq?

Prezident İlham Əliyevin "Ümumi təhsil haqqında" qanuna etdiyi son dəyişikliklərdən sonra müəllimlərin geyim qaydaları ilə bağlı cəmiyyətdə və pedaqoji heyət arasında müxtəlif suallar yaranıb. Məsələyə aydınlıq gətirən təhsil eksperti İlqar Orucov Referans Media-ya açıqlamasında bildirib ki, yeni qanunvericilik müəllimlərin vahid məcburi uniforma geyinməsini deyil, rəsmi işgüzar geyim standartlarına (dress-code) riayət etməsini nəzərdə tutur.

​Ekspertin sözlərinə görə, hüquqi reallıqla cəmiyyətdə tətbiq olunan anlayışlar arasında fərq var: ​"Qanun dəyişikliyində konkret bir fabrik tərəfindən istehsal olunan, eyni materialdan və rəngdən tikilmiş vahid uniforma anlayışı yoxdur. Söhbət pedaqoji etika və korporativ mədəniyyətə uyğun rəsmi-işgüzar geyim üslubundan gidər. Müəllimlər bəlli rəng çaları, səliqəli ətək, şalvar və köynək kombinasiyaları çərçivəsində geyim seçimlərində tam sərbəstdirlər."

​Geyimlər pulsuz paylanacaqı?

​İlqar Orucov qeyd edib ki, müəllimlər üçün xüsusi geyim formalarının dövlət hesabına paylanması və ya kompensasiya ödənilməsi nəzərdə tutulmur: ​"Hərbçilər, polis, dəmiryolçular və ya tibb işçilərindən fərqli olaraq, pedaqoji fəaliyyət xüsusi uniformalı xidmət sahəsi sayılmır. Bütün dövlət qurumlarında olduğu kimi, müəllimlər də müəyyən olunacaq rəsmi etiketə riayət etməlidirlər. Bu səbəbdən müəllimlər müəyyən edilən standartlara uyğun geyimləri öz vəsaitləri hesabına və ya artıq qarderoblarında olan rəsmi geyimlərdən istifadə etməklə təmin edəcəklər."

​Qərarın əsas məqsədi və gözlənilən dəyişikliklər

​Ekspert vurğulayıb ki, bu addım müəllimlərə əlavə maddi yük yaratmaq məqsədi daşımır: ​"Nizam-intizam və mühit məktəblərdə həm şagirdlər, həm də müəllimlər arasında vahid nizam-intizam və peşəkar iş mühitinin formalaşdırılması üçün vacibdir.​ Geyimdə ifrat rəngarəng, qeyri-rəsmi və idman üslublu geyimlərin məktəb mühitinə daxil olmasının qarşısını almaqdır. Müəllimlər arasında geyim üzərindən yarana biləcək vizual fərqliliyi və status rəqabətini minimuma endirmək lazımdır".

Müəllimlər nə etməlidir?

​İlqar Orucov pedaqoji heyəti tələsik xərc çekməməyə və rəsmi qaydaları gözləməyə çağırıb: "Nazirlər Kabineti geyimlə bağlı dəqiq rəsmi standartları 2 ay müddətində müəyyənləşdirəcək. Rəsmi kriteriyalar tam açıqlanana qədər müəllimlərin kütləvi şəkildə təzə geyimlər almasına heç bir ehtiyac yoxdur. Azərbaycan müəllimi hər zaman öz nümunəvi geyimi və davranışı ilə seçilib. Müəllimlərimizin böyük əksəriyyəti zatən məktəbə rəsmi üslubda gəlir. Yeni qərar sadəcə bu mövcud ənənəni hüquqi müstəvidə rəsmiləşdirir."


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki