image-qrellandiyabackend

Biz Qrenlandiyanı almalıyıq, yoxsa… – Tramp

ABŞ bunu etməsə, Çin və ya Rusiya Qrenlandiyanı “ələ keçirə” bilər. 

 

Referans Media  xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu iddianı jurnalistlərlə danışarkən deyib.

 

“Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna imkan verməyəcəyəm”, – o bildirib.

 

Tramp Danimarkanın özünüidarəetmə ərazisi ilə razılaşmaya açıq olacağını, amma bu və ya digər şəkildə Qrenlandiyaya sahib olacağını söylədi.

 

O, əlavə edib ki, adanın nəzarətinin Vaşinqtona ötürülməsi ilə bağlı razılaşma daha asan olacaq.

 

ABŞ prezidentinin sözlərinə görə, Qrenlandiyanın müdafiəsi “iki it xizəyindən” ibarətdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki