Tramp mükafat elan etdi: Amma 1 milyon dollar almağın bir şərti var

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində seçki saxtakarlığı ilə bağlı diqqətçəkən açıqlama verib. O, keçmiş seçkilərdə və ya qarşıdan gələn aralıq seçkilərdə saxtakarlıq hallarını xəbər verən şəxslərə müəyyən şərtlər daxilində 1 milyon dollar mükafat veriləcəyini bildirib.

Referans Media xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək, mükafatın yalnız məlumat verilən şəxslərin həbs olunması və məhkəmə tərəfindən təqsirli bilinməsi halında ödəniləcəyini vurğulayıb.

ABŞ prezidenti açıqlamasında yalnız 2026-cı il aralıq seçkilərini deyil, əvvəlki seçkiləri də qeyd edib. Trampın sözlərinə görə, seçki saxtakarlığı barədə məlumat verən şəxslərə həmin əməlləri törətməkdə şübhəli bilinən şəxslərin həbs edilməsi və məhkum olunması şərti ilə 1 milyon dollar ödəniləcək.

Hələlik 1 milyon dollarlıq mükafatın hansı mənbədən ödəniləcəyi və məlumatların hansı qaydada təqdim edilməli olduğu barədə ətraflı məlumat verilməyib.

ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə seçicilər Konqresin yeni tərkibinin formalaşmasında iştirak edəcəklər. Trampın açıqlaması seçkiyə bir həftə qalmış ölkədə seçki təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki