Bu ölkənin kral ailəsində FACİƏ- ÖLÜ TAPILDI

Monako şahzadəsi II Albertin əmisi oğlu Antuan de Massi knyazlığın ictimai bağlarından birində ölü tapılıb.

Referans Media  “Monako Matin” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıb.

Antuan de Massi baron Kristian de Massi və Sesil Qelabalın oğlu, Monakonun mərhum şahzadəsi III Rainierin böyük bacısı şahzadə Antuanettanın nəvəsi olub.

Məlumata görə, Antuan de Massi bazar günü ailəvi şam yeməyinə qatılmayıb. Bundan narahat olan qohumlarından biri polisə müraciət edib. Bir neçə saat sonra onun cəsədi Larvotto bulvarı boyunca yerləşən yaşıllıq ərazisində aşkarlanıb.

Monakonun baş prokuroru Stefan Tibo bildirib ki, ölüm səbəbini müəyyənləşdirmək üçün araşdırma aparılır.

İstintaq çərçivəsində hadisə yerinin yaxınlığındakı müşahidə kameralarının görüntülərində qeydə alınan bir kişi saxlanılaraq dindirilməyə cəlb edilib. Nəşrin məlumatına görə, həmin şəxs hadisə üzrə yalnız şahid qismində dindirilə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki