BMT Ukrayna ilə bağlı qətnamə qəbul etdi

BMT Baş Assambleyası “Ukraynada davamlı sülhün dəstəklənməsi” adlı qətnamə qəbul edib.

Referans Media  xəbər verir ki, qətnamə Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə əlaqədar iclasda qəbul olunub.

107 ölkə qətnamənin lehinə, 12 ölkə əleyhinə səs verib, 51 ölkə bitərəf qalıb.

Belarus, Şimali Koreya, Eritreya, Mali, Nikaraqua, Rusiya və Suriya qətnamənin əleyhinə səs verib; Ermənistan, Hindistan və İran da daxil olmaqla digər ölkələr isə bitərəf qalıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, Baş Assambleyanın iclasında qəbul edilən qətnamələr məcburi xarakter daşımır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki