Astroloq Dinçer Güner 12 bürc üçün təsiri 3 gün davam edəcək mühüm astroloji hadisə barədə xəbərdarlıq edib. Güner bildirib ki, bu dövrdə həddindən artıq maraq, vəsvəsə, mübahisələr və “bıçaq kimi kəsib atma” enerjisi ön plana çıxacaq.
Referans Media xəbər verir ki, Dinçer Günerin sözlərinə görə, Merkuri ilə Plutonun Dolça bürcündə qovuşması baş verir və bu təsir üç gün davam edəcək.
Bu müddətdə səthi heç nə bizi qane etməyəcək. Hadisələrin, insanların və mövzuların dərinliyinə enmək, hər şeyin kökünə varmaq istəyi artacaq. Son günlərdə insanın içində qarşısıalınmaz bir maraq yarana bilər. Hər hansı bir mövzunu, şəxsi və ya hadisəni xırdalıqlarına qədər araşdırmaq istəyi güclənəcək. Bu dövrdə bir cümlə ilə birini zirvəyə qaldırmaq da mümkündür, yerin dibinə batırmaq da. İnandırma qabiliyyəti zirvəyə qalxsa da, sözlərin yaralayıcı və manipulyativ olma riski də xeyli artır. Dil sanki sümüksüzdür, amma dişlədikdə qopara biləcək gücdədir.
İllərdir inandığınız, lakin artıq sizə xidmət etməyən düşüncə qəliblərini fərq edib, kökündən qoparıb atmaq üçün uyğun zamandır. Bu günlər terapiya, şüuraltı ilə iş, eləcə də dərin məzmunlu kitab yazmaq və ya oxumaq üçün olduqca əlverişlidir.
Ancaq bir fikrə həddindən artıq bağlanmaq riski də var. Bir mövzunu gecə yatmazdan əvvəl düşünüb, səhər onunla oyanmaq mümkündür.
Bu enerjini bir problemi həll etməyə yönəltsəniz, möcüzələr yarada bilərsiniz. Amma onu şübhə və qorxulara sərf etsəniz, özünüz üçün həyatı çətinləşdirə bilərsiniz.
Astroloq xəbərdarlıq edir:
Manipulyasiyaya aldanmayın
Başqasının sirrini açmağa çalışmayın
Söz atışmasına girməyin
Çünki bu dövrdə edilən mübahisələrin geri dönüşü çətin olur və ciddi dağıdıcı nəticələr verə bilər.
