Bu futbolçu milli komandamızın heyətindən uzaqlaşdırıldı

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Referans.az  xəbər verir ki, Nəriman Axundzadə komandanın kənarlaşdırılıb. Hücumçu zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.

Yığmamız daha öncə İslandiyaya 0:5 hesabı ilə məğlub olmuşdu. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki