Üç dəqiqədə oğurlanmış 9 milyon avroluq rəsm əsərləri tapıldı

İtaliya polisi bu ilin mart ayında ölkənin şimalındakı muzeydən oğurlanmış rəsm əsərlərini tapıb.

Referans Media xarici mediaya istinadla xəbər verir ki, Parma şəhərinin polis rəisi Andrea Pagliaro 14 avqustda bildirib ki, oğurlanmış sənət əsərləri iş üzrə şübhəlilərdən birinin evində aşkar edilib.

Bldirilir ki, istintaqda doqquz Moldova vətəndaşı şübhəli şəxs kimi cəlb edilib. İlkin məlumata görə, onlardan beşi rəsm əsərlərinin oğurlanmasında birbaşa iştirak etmiş ola bilər.

Söhbət Renuarınəsərinin son dövründən qalma "Balıq", Sezannın karandaş və sulu boya ilə çəkilmiş "Albalı ilə natürmort" və Matissin "Terasda Odaliske" əsərlərindən gedir.

Onların təxmini bazar dəyəri müvafiq olaraq 3 milyon avro, 6 milyon avro və 20 min avro olaraq qiymətləndirilir. Beləliklə, tapılan üç əsərin ümumi dəyəri 9 milyon avronu keçib.

Rəsmlər mart ayının sonunda Parma yaxınlığında yerləşən sənətşünas və kolleksiyaçı Luigi Magnani fondunun şəxsi kolleksiyasından oğurlanıb.

Magnani-Rokka fondunun muzeyində Avropa təsviri sənətinin nadir nümunələri saxlanılır. Kolleksiyada həmçinin Titian, Albrext Dürer, Peter Paul Rubens və Francisco Goyya kimi məşhur rəssamların əsərləri də var. Muzey İtaliyanın ən vacib özəl sənət kolleksiyalarından biridir.

Əvvəlki məlumatlara görə, başlıq geymiş oğrular muzeyin girişini sındırıblar. Onlar içəridə cəmi üç dəqiqə olublar və üç qiymətli əsəri oğurlayıblar.

Soyğundan sonra Magnani-Rokka fondu hadisəni “yaxşı planlaşdırılmış cinayət” adlandırıb. Fondun məlumatına görə, videomüşahidə sisteminin, polis və təhlükəsizlik xidmətlərinin çevik hərəkətləri cinayətkarların muzeydəki digər qiymətli əsərləri götürməsinin qarşısını alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki