image-imtahanlar22backend

Bu ixtisaslara qəbul olmaq ÇƏTİN OLACAQ

I-IV ixtisas qrupları daxilində (dövlət sifarişi üzrə) ən yüksək keçid ballı ixtisasların siyahısı (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) təqdim edilib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Belə ki, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti və Lənkəran Dövlət Universitetinin ixtisaslarına dövlət sifarişi əsasında qəbul üçün əlavə olaraq ayrılan yerlər, eləcə də Azərbaycan İlahiyyat İnstitutunun ixtisasları üzrə ayrılan yerlər nəzərə alınmayıb.

Ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin I qrupa daxil olan” İnformasiya təhlükəsizliyi ( tədris ingilis dilində)” ixtisasına olub. Bu ixtisas üzrə keçid balı 687.1– ə bərabər olub.

Ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin II qrupa daxil olan “Biznesin idarə edilməsi” (tədris ingilis dilində) ixtisasında 653.4 bal olub.

Ən yüksək keçid balı Bakı Dövlət Universitetinin III qrupa daxil olan “Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisasında 660.3 bal olub.

Ən yüksək keçid balı Azərbaycan Tibb Universitetinin IV qrupa daxil olan “Tibb” (tədris ingilis dilində) ixtisasında 681.4 bal olub.

V ixtisas qrupu üzrə ən yüksək keçid balı Naxçıvan Dövlət Universitetinin” Dizayn ( sahələr üzrə)” 250.9 bal ixtisası üzrə formalaşıb.

I-IV ixtisas qrupları daxilində (ödənişli) ən yüksək keçid ballı ixtisasların siyahısı:

Ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin I qrupa daxil olan” İnformasiya təhlükəsizliyi ( tədris ingilis dilində)” ixtisasına olub. Bu ixtisas üzrə keçid balı 687.1– ə bərabər olub.

Ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin II qrupa daxil olan “Biznesin idarə edilməsi” (tədris ingilis dilində) ixtisasında 653.4 bal olub.

Ən yüksək keçid balı Bakı Dövlət Universitetinin III qrupa daxil olan “Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisasında 660.3 bal olub.

Ən yüksək keçid balı Azərbaycan Tibb Universitetinin IV qrupa daxil olan “Tibb” (tədris ingilis dilində) ixtisasında 681.4 bal olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki