İndoneziya sahillərində 5.5 maqnitudasında yeraltı təkanlar baş verib.
Referans Media xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 282 min nəfər əhalisi olan Kupang şəhərindən 133 km şimal-şərq istiqamətində yerləşib. Yeraltı təkanların ocağı 77 kilometr dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və ya bina dağıntıları barədə heç bir məlumat daxil olmayıb.























