image-hatay-da-kundaklama-olayi-supheli-arac-sahibinin-yegeni-cikti-19768665_9308_ampbackend

Hatayda şok hadisə: Kamera görüntüləri hər şeyi ortaya çıxardı – maşını yandıran GÖRÜN KİM ÇIXDI

Hatayın Antakya rayonunda şübhəli şəxs park edilmiş avtomobilin üzərinə benzin tökərək yandırıb. Hadisənin ən diqqətçəkən tərəfi isə cinayəti törədən şəxsin avtomobil sahibinin öz qardaşı oğlu olduğu ortaya çıxıb. Şübhəli saxlanılarkən əmi ilə qardaşı oğlu arasında mirasla bağlı mübahisə olduğu məlum olub.

Referans Media xəbər verir ki, hadisə Avsuyu məhəlləsində baş verib. Rifkan Kızılayın evinin qarşısında park edilən avtomobil gecə saatlarında yandırılıb və tamamilə yararsız hala düşüb.

Məlumata görə, Təhlükəsizlik kameralarında bir şəxsin maşının üzərinə benzin tökərək onu qəsdən yandırdığı anlar qeydə alınıb. Şəxsin alovlar içində qaldıqdan sonra qaçaraq ərazidən uzaqlaşdığı da görüntülərdə görünür.

Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində avtomobili yandıran şəxsin zərərçəkmişin öz qardaşı oğlu olduğu müəyyən edilib.

İlkin məlumatlara görə, dayı ilə qardaşı oğlu arasında uzun müddətdir davam edən miras mübahisəsi bu hadisəyə səbəb olub.

Jandarma tərəfindən saxlanılan şübhəli daha sonra məhkəməyə göndərilib. Hadisə ilə bağlı istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki