image-kuzey-koredeki-yasama-dair-gizlice-kaydedilen-19768628_4809_ampbackend

Şimali Koreyadan gizli çəkilmiş görüntülər gündəm oldu: Qaçan gənc gündəlik həyatı ifşa edildi

Şimali Koreyadan qaçaraq 2025-ci ilin dekabrında Cənubi Koreyaya sığınan Kim Min-çun tərəfindən paylaşılan gizli görüntülər sosial mediada geniş rezonans doğurub.

Referans Media xəbər verir ki, paylaşılan kadrlarda Şimali Koreyada gündəlik həyatın olduqca sadə və məhdud imkanlarla davam etdiyi görünür. Görüntülərdə köhnə infrastruktur, məhdud texnologiya istifadəsi, sadə yaşayış şəraiti diqqət çəkir.

Videoları izləyən istifadəçilər ölkədəki həyat tərzini “1970-ci illəri xatırladan yaşam” kimi şərh ediblər. Sosial media istifadəçiləri Şimali Koreyanın texnoloji baxımdan geri qaldığını vurğulayıblar.

Kadrlarda həmçinin kommunikasiya imkanlarının məhdudluğu, internet və smart texnologiyaların geniş istifadə olunmaması diqqət çəkir. Bu vəziyyət ölkənin uzun illərdir davam edən təcrid siyasətini yenidən gündəmə gətirib.

Qısa müddətdə yayılan görüntülər minlərlə şərh və paylaşım toplayıb. İstifadəçilər Şimali Koreyadakı sosial və iqtisadi vəziyyətlə bağlı müxtəlif fikirlər irəli sürüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki