image-100-yil-sonra-bir-ilk-kerkuk-valiligi-gorevine-19768580_7908_ampbackend

Kərkükdə 100 illik tarix dəyişdi: türkmən qubernator seçildi

Kərkükdə tarixi hadisə baş verib. Qubernator vəzifəsinə türkmən siyasətçi Məhəmməd Səman Ağa təyin olunub. Bununla da şəhərdə təxminən 100 ildən sonra ilk dəfə türkmən qubernator vəzifəyə gətirilib.

Referans Media xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi qərarı “tarixi inkişaf” kimi qiymətləndirib. Açıqlamada bu addımın: təmsilçilikdə ədalət, inklüziv idarəçilik, ictimai sabitlik baxımından mühüm olduğu vurğulanıb.

Nazirlik həmçinin bu təyinatı “gecikmiş bir haqqın bərpası” kimi dəyərləndirib.

Rəsmi açıqlamada Kərkük kimi çoxmillətli şəhərdə vəzifələrin icmalar arasında razılaşma əsasında bölüşdürülməsinin yalnız türkmənlər üçün deyil, bütün əhali üçün ədalətli nəticə yaratdığı qeyd olunub.

Məlumata görə, qərar Nizar Əmadi tərəfindən imzalanıb və Məhəmməd Səman Ağa rəsmi olaraq vəzifəyə başlayıb. Təyinat sənədi ona prezident sarayında təqdim edilib.

İraq Türkmən Cəbhəsi mənbələrinin məlumatına görə, Ağa 17 apreldə keçirilən səsvermə ilə Kərkük vilayət məclisində qubernator seçilib.

Beləliklə, Kərkükdə qubernator postu uzun fasilədən sonra yenidən türkmənlərin təmsilçiliyinə keçib. Bu hadisə həm siyasi, həm də simvolik baxımdan bölgədə mühüm dönüş kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki