Bu regionu fəlakət gözləyir: Müharibə olarsa, ilk hansı ölkələr vurulacaq?

İsrailli politoloq Yakov Kedmi Baltik dənizində Rusiya ilə Avropa ölkələri arasında mümkün hərbi qarşıdurmanın ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

Referans Media  xəbər verir ki, ekspertin sözlərinə görə, NATO-nun regionda Rusiyaya qarşı blokada yaratmaq və ya hərbi əməliyyatlara başlamaq cəhdləri ciddi strateji səhv ola bilər.

Kedmi iddia edib ki, genişmiqyaslı münaqişə halında qarşılıqlı zərbələr Baltik dənizini uzun müddət yaşayış üçün yararsız vəziyyətə sala və regionun ekologiyasına böyük ziyan vura bilər.

O əlavə edib ki, belə bir hərbi toqquşma bütün Baltik ölkələrinin tamamilə məhv olması deməkdir.

Politoloq qeyd edib ki, Baltik dənizi coğrafi xüsusiyyətlərinə görə hərbi əməliyyatlar üçün əlverişli məkan deyil. Onun fikrincə, bölgəyə xarici hərbi gəmilərin və ya nüvə silahlı sualtı qayıqların göndərilməsi, eləcə də Kalininqrad və Sankt-Peterburqu blokadaya almaq cəhdləri ciddi risklər yarada bilər.

Kedmi həmçinin hesab edir ki, ABŞ Baltikyanı ölkələr uğrunda Rusiya ilə birbaşa nüvə qarşıdurmasına getməyəcək. Onun sözlərinə görə, regionu mümkün fəlakətdən qoruyan əsas amil Avropa liderlərinin vəziyyətin risklərini anlamasıdır./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki