Pop musiqisinin güclü səslərindən Burcu Güneş bu açıqlamalarla şou-biznes gündəmini zəbt edib. Burcu Güneş həmkarı Demet Akalın haqqında sərt sözlər istifadə edib, sosial mediada geniş müzakirələrə səbəb olub.
Referans Media xəbər verir ki, 50 yaşlı sənətçi bildirib ki, Akalını sənət, duruş və keyfiyyət baxımından özünə yaxın görmür: “Onu nə sənət olaraq, nə də əməyinə görə özümə yaxın görürəm. Onu nə duruş, nə də keyfiyyət baxımından özümə yaxın görürəm. Onu öz yolumda mənimlə rəqabət apara biləcək səviyyədə görmürəm – nə sənət, nə də ifaçılıq baxımından.”
Bu açıqlama tez bir zamanda sosial şəbəkələrdə gündəm yaradıb.
Burcu Güneş daha sonra sosial media hesabından paylaşım edərək sözlərinin yalnız bir şəxsi hədəf almadığını bildirib: “Röportajım çox uzun idi və müxtəlif mövzuları əhatə edirdi. Söhbət yalnız bir şəxsdən yox, pop mədəniyyətindəki fərqli arketiplərdən gedirdi. Öz fikir və düşüncələrimi paylaşdım. Mənim üçün əhəmiyyətli mövzular ciddiyə alınmalıdır və mən onları laqeyd yanaşaraq keçmək istəmirəm.”
Sənətçi əlavə edib ki, ölkədə bir çox insanın uğurlarına və əməklərinə obyektiv baxılmadığını və bunun sosial bir xaos yaratdığını düşünür.
Burcu Güneşin sözlərinə görə, sənət və məşhurluq dünyasında əməyin və keyfiyyətin dəyərləndirilməsi vacibdir, lakin bəzən bu məsələlər diqqətdən kənarda qalır. O, röportajda həm öz sahəsi, həm də pop mədəniyyətindəki müxtəlif suallara cavab verdiyini qeyd edib.























