Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Xarici İşlər üzrə Federal Departamentin rəhbəri İqnazio Kassisi qarşılayıb.
Referans Media xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
Daha sonra tərəflər arasında təkbətək görüş başlayıb.
Görüşdə Azərbaycan–İsveçrə arasında ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq gündəmdə duran məsələlər, eləcə də ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətin müzakirə olunması nəzərdə tutulur.

