Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI

Bugünkü görüşdə həmkarımı Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırdım. Ötən ilin dekabr ayında ATƏT kontekstində ən mühüm hadisə keçmiş münaqişəyə son qoyulmasıdır.

Referans media xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, ötən ilin avqust ayında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflandıqdan sonra süıh prosesində Ermənistana göndərilən məhsullar və s. kimi müsbət inkişaflar var:

“Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub. İki ölkə arasında münasibətlər ikitərəfli dialoq formatındadır. Azərbaycanın sülh müqaviləsi ilə bağlı mövqeyi qətidir və hesab edirik ki, Ermənistanın Konstitusiyasında bizi narahat edən müddəanın dəyişdirilməsi mümkündür”.

Nazir qeyd edib ki, ATƏT təcrübəli təsisat kimi Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı töhfə verə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki