ARB 24 televiziyasında canlı yayımlanan “Gündəm” proqramının qonağı “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğludur.
Referans Media xəbər verir ki, aparıcı Nuranə İbrahimlinin moderatorluğu ilə yayımlanan verilişdə Ermənistanda qurulan yeni hökumət, bu hökumətin Cənubi Qafqazın gələcəyinə mümkün təsirləri təhlil edilir.
Proqramda həmçinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyənin “Haber Global” televiziya kanalına açıqlamaları, xüsusilə sülh sazişinə vurğu etməsi, xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan-Ermənistan normallaşma prosesi barədə açıqlamaları ətrafında geniş fikir mübadiləsi aparılır.
Qeyd edək ki, avqustun 2-də Ermənistanda yeni seçilmiş parlament fəaliyyətə başlayıb. Ermənistan baş naziri Nikol Paşinyan yenidən sözügedən vəzifəyə seçilib. Son parlament seçkisinin nəticələrinə əsasən, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49.7 faizindən çoxunu qazanıb.
Onu da bildirək ki, İrəvan parlamenti gərgin ab-havada start götürüb. Belə ki, ilk dəfə açılış mərasimi bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası olmadan keçirilib. Bu isə hakimiyyətlə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurmanı daha da dərinləşdirib.
Sözügedən proqramı təqdim edirik.
