Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri Kamal Kılıçdaroğlu partiya daxilindəki proseslərlə bağlı ilk dəfə açıqlama verib.
Referans Media “Sözcü”yə istinadən xəbər verir ki, Kılıçdaroğlu Özgür Özel və komandasının CHP qərargahından çıxarılması ilə bağlı gərginlikdən danışıb.
“CHP tarixində ilk dəfə olaraq millət vəkilləri, Partiya Şurasının üzvləri və İntizam Komitəsinin üzvləri partiya binamıza buraxılmadı. Sona qədər birgə qərar qəbuletmə yolu axtardıq. Lakin bütün səylərimiz həmkarlarımız tərəfindən qarşılıqsız qaldı. Bu vəziyyəti biz yaratmamışıq. Xahiş edirik ki, vətəndaşlarımızı, partiya üzvlərimizi, hər kəsi sakitliyə çağırın. Buradan çıxanda təhqiramiz davranmayın, konstruktiv olun”, - deyə o qeyd edib.
