Dünyaca məşhur müğənni Selena Qomezin həyat yoldaşı, musiqi prodüseri Benny Blanko, bir podkast proqramında göstərdiyi hərəkətlər və çirkli ayaqları ilə sosial mediada böyük səs-küy yaratmışdı. Günlər sonra Blanko, tənqidlərə cavab verdi.
Referans Media xəbər verir ki, Blanko və Selena Qomez 2023-cü ildə münasibətə başlamış və keçən ilin sentyabrında sürpriz şəkildə evlənmişdilər. Qomez, nikah mərasimi fotosunu sosial şəbəkədə paylaşmışdı.
Son günlər Blanko, dostları ilə çəkilən podkast yayımında gəzə-gəzə qaz çıxarması və ayaqlarının çirkli olması ilə diqqət çəkdi. Bu hərəkətlər sosial media istifadəçilərindən tənqid səbəb oldu.
Son olaraq “Cimmi Kimmel Live” TV proqramına qatılan Blanco, tənqidlərə cavab verdi. Aparıcı Cimmi Kimmel, çirkli ayaq görüntülərini xatırladanda Blanco gülümsəyərək dedi: “Ayaqlarım əladır.”
Ayağının altını kameralara göstərən Blanko əlavə etdi: “Baxın, bu təmiz ayağa baxın. Zarafat edirsiniz?”
Blankonun bu açıqlaması sosial mediada yenidən geniş müzakirələrə səbəb oldu.






















