İbrahim İsmayılov müavin təyin olundu

"Caspian Engineering Group"un baş direktoruna yeni müavin təyin olunub.

İbrahim İsmayılov "Caspian Engineering Group" şirkətində baş direktorun müavini – əməliyyatlar üzrə direktor vəzifəsinə təyin olunub.

Referans Media xəbər verir ki, o, bundan əvvəl 2026-cı ilin fevralından noyabr ayınadək eyni şirkətdə əməliyyatlar üzrə menecer, 2024-cü ilin mayından 2026-cı ilin fevralınadək isə yarımştat əsaslarla SƏTƏM meneceri vəzifəsində çalışıb.

O, 2023-cü ilin yanvarından 2026-cı ilin fevralınadək "Facility Management Group"da baş qrup rəhbəri, 2017-ci ilin dekabrından 2026-cı ilin fevralınadək isə həmin şirkətdə baş təhlükəsizlik mütəxəssisi olub. Profilində qeyd olunan məlumata görə, o, 2023-cü ilin martınadək PMD Hospitality şirkətlər qrupuna daxil olan hotellərin təhlükəsizlik işlərini idarə edib.

İbrahim İsmayılov 2016-cı ilin mayından 2026-cı ilin fevralınadək "PMD Group" və "Shamakhi Palace Sharadil Hotel"də təhlükəsizlik üzrə menecer vəzifəsində fəaliyyət göstərib.

Bundan əvvəl, 2013-cü ildən 2016-cı ilin mayınadək "PAŞA Holding"də təhlükəsizlik üzrə menecer köməkçisi, 2009-cu ilin sentyabrından 2012-ci ilin sentyabrınadək isə həmin holdinqdə təhlükəsizlik sahəsində çalışıb./Yurd.Media/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki