İranın Taft şəhərində (Yəzd əyaləti) cümə namazı zamanı insident baş verib.
Referans Media İran24-ə istinadən xəbər verir ki, cümə namazının xütbəsi zamanı şəhərin imam-cüməsi Əbülqasim İmami minbərdə olarkən infarkt keçirib. Hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və imam xəstəxanaya çatdırılıb.
Hazırda Əbülqasim İmaminin həkim nəzarəti altında olduğu bildirilir, vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb./ajans.az




















