Ukrayna və daha səkkiz ölkə Avropa İttifaqının (Aİ) İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulub.
Referans Media xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) saytında dərc olunan bəyanatında bildirilib.
O qeyd edib ki, Ukrayna ilə yanaşı, Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya və Norveç də Aİ-nin bu qərarını dəstəkləyib./Modern.az
