image-yol-cokdubackend

Daşkəsəndə avtomobil yolu çökdü

Daşkəsən rayonunda Alünütdağ-Daşkəsən avtomobil yolunda sel suları nəticəsində çökmə baş verib.

Referans Media  report-a istinadla xəbər verir ki, hadisə qəsəbədaxili 3 km-lik avtomobil yolunun 2-ci km-də qeydə alınıb.

Problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb, ərazi çəpərlənib.
Rayonda aidiyyatı qurumlar tərəfindən tədbirlər görülür. Ərazidən qaya parçaları götürülüb, həmçinin yolun genişləndirilməsi işlıri görülür. Hazırda gediş-gəliş təmin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki