Dəhşətli olay: Səidə öldürüldü, azyaşlı övladları isə… – TƏFƏRRÜAT

Cəlilabad rayonunda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Referans Media “Report”a istinadla xəbər verir ki, 2011-ci il təvəllüdlü Anar Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, A. Əzizov dayısının həyat yoldaşı – 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı qətlə yetirməkdə şübhəli bilinir.

***

Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən 15 yaşlı Anar Əzizov hadisə yerindən qaçıb.

Referans Media “Report”a istinadla xəbər verir ki, onun psixoloji problemlərinin olduğu bildirilir.

A. Əzizovun ailəsi Rusiyada yaşayır və o, bir müddətdir ki, dayısının evində qalırdı. Hadisə baş verən vaxt onun dayısı evdə olmayıb.

İlkin məlumata görə, A. Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı S. Cəfərovaya hücum edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın elə yerindəcə həyatını itirib. Hadisə vaxtı evdə mərhumun iki azyaşlı övladı da olub. Məhz onlar qaçaraq qonşulara qətl barədə məlumat veriblər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat–axtarış tədbirləri davam etdirilir.

***22:26

Cəlilabad rayonunda qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, 2011-ci il təvəllüdlü Anar Əzizov 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı kəsici alətlə öldürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, S. Cəfərova A. Əzizovun dayısının həyat yoldaşı olub.

***18:37

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb. Bildirilir ki, o, örüş sahəsi istiqamətində hərəkət edərkən çobanlar tərəfindən görülüb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat–axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki