Azərbaycanda dələduzluq edən 7 nəfər saxlanılıb.
Bu barədə Referans Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının sentyabrın 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
