Tanınmış “SAXARA” salonunun “Blue Mall” filialında işlədiyini deyən keçmiş əməkdaş iş şəraiti və əmək münasibətləri ilə bağlı ciddi iddialar səsləndirib.
Referans Media xəbər verir ki, şikayətçi əmək münasibətlərinin qanuni şəkildə rəsmiləşdirilmədiyini, gördüyü işin müqabilində əməkhaqqının tam ödənilmədiyini iddia edib.
Keçmiş əməkdaş həmçinin istirahət və qeyri-iş günlərində gördüyü əməyin qarşılığının ödənilmədiyini, nahar fasiləsinin isə məhdudlaşdırıldığını bildirib.
Bundan əlavə, onun sözlərinə görə, əmək funksiyalarına və vəzifə öhdəliklərinə aid olmayan işlər də ona gördürülüb.
Şikayətçinin səsləndirdiyi iddiaların bütün detalları, iş şəraiti ilə bağlı açıqlamaları və yaşadığını bildirdiyi hallar video materialda ətraflı təqdim olunur./APA TV/
Şikayətçinin səsləndirdiyi iddiaların bütün detalları, iş şəraiti ilə bağlı açıqlamaları və yaşadığını bildirdiyi hallar video materialda ətraflı təqdim olunur./APA TV
