Türkiyənin tanınmış sənətçisi Bülent Ersoy Bursa şəhərindəki konserti zamanı səhnəyə dəvət etdiyi iki uşağa verdiyi hədiyyə ilə diqqət çəkib.
Referans Media xəbər verir ki, sənətçinin çantasından çıxardığı bir dəstə pulu uşaqlara verməsi gecənin ən çox müzakirə olunan anlarından biri olub.
Bursa Kültürpark Açıqhava Teatrında konsert proqramı ilə çıxış edən Bülent Ersoy mahnıları ilə tamaşaçılara musiqi dolu gecə yaşadıb. Konsertin gedişində isə səhnəyə iki uşağı dəvət edərək onlara gözlənilməz jest edib. pizza hut
Sənətçi çantasından çıxardığı bir dəstə pulu köməkçisinə verərək iki yerə bölməsini istəyib. Daha sonra ayrılan pulları uşaqlara “cib xərcliyi” kimi təqdim edib. Böyük məbləğdə pul alan uşaqların sevincinin həddi-hüdudu olmayıb.
Uşaqlar pulları aldıqdan sonra Bülent Ersoya sarılaraq ona təşəkkür ediblər. Sənətçinin də uşaqların reaksiyasına gülümsəyərək cavab verdiyi görülüb.
Konserti izləyən tamaşaçılar həmin anları mobil telefonlarının kameraları ilə lentə alıblar. Görüntülər daha sonra sosial şəbəkələrdə paylaşılaraq geniş marağa səbəb olub.
