Deputatdan Bakıda tıxac probleminin həlli ilə bağlı UNİKAL TƏKLİF

“Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında cəmiyyətimizi narahat edən bir sıra məsələlər dilə gətirildi və ciddi fikir mübadiləsi oldu. Bu mövzuların sırasında birinci yerdə Bakı şəhərində yaşanan ağır tıxac problemi diqqəti cəlb etdi”.

Referans Media bildirir ki, bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib.

elman.jpg (79 KB)

Deputat qeyd edib ki, son günlər, xüsusən də yeni dərs ili başlayandan Bakı şəhəri üçün xarakterik olan tıxac probleminin daha da kəskinləşdiyi göz önündədir. Problemin həlli üçün müxtəlif təkliflər səslənir:

“Mən hər gün işə gedərkən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında çox böyük sıxlığı müşahidə edirəm. İnsanlar küçələrdə yığışıb avtobus gözləyirlər. Bu məsələlərlə bağlı mənim mövqeyim belədir ki, bəlkə biz Çin modelinə üz tutaq. Birincisi, Çinin əhalisi 1,4 milyard nəfərdən çoxdur və onların tıxac probleminin həllində unikal təcrübəsi var. Məsələn, mən Şanxayda olarkən 25 milyonluq Şanxay şəhərində demək olar ki, tıxac görmədim. Səbəbilə maraqlandım. Dedilər ki, burada üç amilə önəm vermişik. Birincisi, ağıllı idarəetmə, yəni burada yolların idarə olunması məsələlərində çox ciddi tənzimləmə prosesi gedir. İkincisi, uzun müddət təbliğat işi aparılıb ki, heç də hər kəs şəxsi minik avtomobilindən istifadə etməsin”.

Elman Nəsirov Şanxaydakı üçüncü amildən də danışıb. Deyib ki, orada motosiklet və velosipeddən çox istifadə edirlər:

“Şanxayda küçələrdə həddindən artıq bu kiçik nəqliyyat vasitələrindən istifadə edildiyini gördüm. Bu da tıxac probleminin həllinə ciddi təsir edir. Yəqin ki, Azərbaycanda da bu təcrübənin tətbiqi üçün zaman lazım gələcək. Ən nəhayət, Çində bizə söylədilər ki, tıxac problemi ilə mübarizə prosesində onlar tək nömrəli maşınların həftənin tək günləri, cüt nömrəli maşınların isə həftənin cüt günləri istifadə edilməsinə icazə verilir. Nəticədə avtomobillərin sayı yollarda kəskin azalmış olur. Bakıda bu təcrübəni də istifadə etmək olar. Çin təcrübəsindən istifadə etməyi mən Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında çıxışımda da təklif etmişəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki