“Türkiyə ilə Amerika arasındakı güclü bağların və müttəfiqlik hüququnun diplomatik münasibətlərimizin ikinci əsrində daha da güclənməsini təmənna edirəm”.
Referans Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədəki paylaşımında qeyd edib.
Ərdoğan “100 İllik Dostluq: Türkiyə-Amerika Birləşmiş Ştatları” tədbirində türk-amerikan icmasının üzvləri, həmçinin Türkiyə və ABŞ iş dünyasının nümayəndələri ilə bir araya gəldiyini bildirib.
O qeyd edib ki, Türkiyə-ABŞ əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində Konqresdən, iş və akademik dairələrdən, eləcə də mədəniyyət və incəsənət dünyasından olan amerikalıların töhfələri təqdirəlayiqdir.
Ərdoğan ABŞ-da yaşayan türkiyəlilərin Türkiyə ilə bağlarını qoruyaraq Amerika cəmiyyətinə güclü şəkildə inteqrasiya etmələrindən məmnunluğunu ifadə edib.
Türkiyə Prezidenti ABŞ Prezidenti Donald Trampla münasibətlərinə də toxunub. O, Trampla “səmimi və istisna” dialoqun töhfəsi ilə iki ölkə arasındakı münasibətlərin bütün sahələrində mühüm irəliləyişlərin əldə edildiyini vurğulayıb.
