33 ildən sonra qatili tapıldı

ABŞ-nin Merilend ştatında 1993-cü ildə yoxa çıxan 10 yaşlı Corc Burdinskinin qətlinə görə 33 il sonra şəxs ittiham olunub.

“People” qəzetinin məlumatına görə, Brentvud şəhərindən olan Corc Burdinski sonuncu dəfə 24 may 1993-cü ildə görülüb.

Məktəbli velosiped sürmək üçün evdən çıxıb, daha sonra dostu ilə görüşüb və bundan sonra ondan xəbər alınmayıb.

Hadisə ilə bağlı istintaq illər sonra yenidən araşdırılıb. Sorğu zamanı hadisə ilə əlaqəli şəxslərdən biri cinayətdə iştirak etdiyini etiraf edib.

İstintaqa görə, həmin şəxs 1993-cü ildə 13 yaşında olub və Burdinskinin onunla birlikdə 28 yaşlı Cozef Linçin evində olduğunu bildirib. Linçin azyaşlıya Burdinskiyə cinsi təcavüz etməyi əmr etdiyi iddia olunur.

Burdinskinin müqavimət göstərdiyi və nəticədə öldürüldüyü bildirilir. Hadisə ilə bağlı araşdırma davam etdirilir./Bakıvaxtı/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki