Putin Ukraynada nə etmək istəyir? – Moskvadan CAVAB

“Ukraynanın gələcək dövlət quruluşu ilə bağlı hər hansı ideyanı müzakirə etmək hələ tezdir”.

Referans Media  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimov “RİA Novosti”yə açıqlamasında deyib.

O qeyd edib ki, Moskva ilk növbədə müharibədə qarşısına qoyduğu vəzifələri yerinə yetirilməlidir.

Diplomat bu açıqlaması ilə Prezident Vladimir Putinin Ukraynada xarici idarəetmə tətbiq edilməsi və seçkilərin keçirilməsi təklifinin gələcəkdə də gündəmdə olub-olmayacağı ilə bağlı suala cavab verib.

Bundan əvvəl Rusiya lideri Ukraynada Birləşmiş Millətlər Təşkilatının, ABŞ-ın, Avropa ölkələrinin və Rusiyanın tərəfdaşlarının himayəsi altında müvəqqəti xarici idarəetmənin tətbiq edilməsini təklif etmişdi. Məqsəd ölkə rəhbərliyinə seçkilərin keçirilməsi idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki