backend

DİN əməliyyat keçirib:Dadaşova saxlanıldı

Abşeron rayonunda bir nəfər alıcı kimi mağazaya daxil olaraq orada olan qızıl-zinət əşyalarını yoxlamaq adı ilə üzərinə taxıb və daha sonra gizlicə mağazadan uzaqlaşıb.

DİN-in Mətbuat xidmətindən Referans Media-ya bildirilib ki, bu barədə polisə müraciət edən zərərçəkənə 3 480 manat maddi ziyan dəydiyi məlum olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N.Dadaşova müəyyən olunaraq saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki