“Discord” VACİB addım atdı: Yaş və şəxsiyyət TƏSDİQİ gəlir!

Mesajlaşma platforması Discord gələn aydan etibarən qlobal miqyasda yaş təsdiqlənməsi tələb edəcəyini açıqladı. Məqsəd uşaq və yeniyetmələrin təhlükəsizliyini təmin etməkdir.

Yaş təsdiqlənməsi necə işləyəcək?

Mart ayından etibarən bütün hesablar “gənclər üçün uyğun” (teen-appropriate) rejimində açılacaq. 18 yaşından kiçik istifadəçilər yaş məhdudiyyətli server və kanallara daxil ola bilməyəcək, “stage” tipli canlı kanallarda danışa bilməyəcəklər. Tanımadıqları şəxslərdən gələn dostluq tələbləri üçün xəbərdarlıqlar görünəcək və xüsusi mesajlar ayrıca qutuya yönləndiriləcək. Platforma “həssas” hesab etdiyi məzmunları bu istifadəçilər üçün filtrdən keçirəcək.

Təsdiqləmə üsulları Discord iki fərqli üsul təqdim edir: Video selfie ilə üz skan edərək yaş doğrulamaq Rəsmi sənədin fotoşəkilini göndərərək təsdiqləmək

Şirkət bildirir ki, üz skanları cihazda emal olunur, sənəd fotoları isə doğrulama tərəfdaşları vasitəsilə yoxlanılır və proses tamamlandıqdan sonra silinir. Doğrulama nəticəsində hər hesab üçün yaş qrupu müəyyənləşdiriləcək. 13 yaşdan aşağı istifadəçilər sistem tərəfindən aşkar edilərsə, hesab bağlana bilər; itiraz etmək üçün isə sənəd təqdim etmək mümkündür.

“Discord”un bu addımı Türkiyədəki giriş qadağasının aradan qaldırılmasına ümid yaradır. Martdan etibarən uşaq və yeniyetmələrin daha effektiv qorunması, zərərli məzmunların məhdudlaşdırılması hədəflənir. Kamera və ya rəsmi sənəd ilə yaş doğrulama sayəsində sui-istifadələrin qarşısı alınacaq. Platforma gələcəkdə əlavə məhdudiyyətlər də tətbiq edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki