Dollar neft ticarətində mövqeyini itirir: Ödənişlər yuanla aparılır

Anton Siluanov bildirib ki, Hörmüz boğazındakı gərginlik səbəbindən neft ödənişlərində ənənəvi dollar əməliyyatlarından yuan istifadəsinə keçid sürətlənir.

Onun sözlərinə görə, son illərdə baş verən hadisələr ölkələri daha etibarlı ödəniş vasitələri axtarmağa vadar edir və bu baxımdan milli valyutalara maraq artır. Siluanov qeyd edib ki, neft ticarətində yuanı əsasən Çin alıcıları istifadə etsə də, siyasi təzyiqlərlə üzləşən digər ölkələr də bu valyutaya maraq göstərir.

Rusiyalı nazir Yaxın Şərqdəki gərginliyin qlobal enerji bazarına ciddi təsir etdiyini vurğulayıb. O bildirib ki, Hörmüz boğazının bağlanması dünya neft təchizatının beşdə birinin və mayeləşdirilmiş təbii qazın əhəmiyyətli hissəsinin bazardan çəkilməsi ilə nəticələnib.

Siluanov əlavə edib ki, proses gübrə və ərzaq qiymətlərinin artmasına, logistika xərclərinin yüksəlməsinə və qlobal inflyasiya təzyiqinin güclənməsinə səbəb olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki