Donetskə PUA hücumu: “Qalaktika” hipermarketi tamamilə yandı

Donetskin Kuybışevski rayonunda Ukrayna Silahlı Qüvvələrinin PUA hücumu nəticəsində “Qalaktika” ticarət mərkəzi tamamilə yanıb.

Referans Media xəbər verir ki, bu barədə şəhərin Rusiya tərəfindən təyin olunan meri Aleksey Kulemzin məlumat yayıb.
 

Onun sözlərinə görə, hücum nəticəsində binanın damı və divarları dağılıb, həmçinin iki nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə yerində zərbə PUA-larına aid olduğu bildirilən hissələr aşkarlanıb.


Məlumata görə, hücum avqustun 16-na keçən gecə baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki