Rusiya Avropa İttifaqı ölkələrinə balıq ixracını 1,7 dəfə artırdı

Rusiya iyun ayında Avropa İttifaqı ölkələrinə 74,9 milyon avro dəyərində balıq və balıq məhsulları ixrac edib. Bu, may ayı ilə müqayisədə 1,7 dəfə çoxdur və 2024-cü ilin noyabrından bəri ən yüksək göstəricidir.

Referans Media xəbər verir ki, ixracın əsas hissəsini 60,6 milyon avro dəyərində balıq filesi və əti təşkil edib.

Rusiyanın Aİ-də ən böyük alıcıları Almaniya, Fransa, Niderland, Polşa və Danimarka olub.

Bununla belə, 2026-cı ilin ilk yarısında Aİ-nin Rusiyadan balıq idxalının ümumi dəyəri illik ifadədə 8 faiz azalaraq 352,2 milyon avro təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki