"Neftçi" yeni mövsümə qələbə ilə start verdi - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

Referans Media xəbər verir ki, "Neftçi" "SOCAR Polymer Arena"da "Sumqayıt"ın qonağı olub. Görüş "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi"nin heyətində qolları Breno Almeyda (2) və Lyubomir Tupta vurublar. Ev sahibi komandadan isə Nadir Orucov fərqlənib.
 

74-cü dəqiqədə "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə qırmızı vərəqə ilə meydandan qovulub.


Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qəbələ"ni, 1:0, "Sabah" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib, "Araz-Naxçıvan" - "İmişli" matçında isə qalib müəyyənləşməyib - 0:0.






  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki