Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

Ukrayna prezidenti Volodimir Zelenski Avropa tərəfdaşlarını hava hücumundan müdafiə vasitələrini daha fəal şəkildə təqdim etməyə çağırıb.

Referans Media xəbər verir ki, Zelenski Avropanın hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin anbarlarda saxlanılmasının yolverilməz olduğunu bildirib.
 

Onun sözlərinə görə, yalnız bu həftə Rusiya qüvvələri Ukraynanın 13 vilayətinə zərbələr endirib. Ukrayna şəhər və icmalarına 1 550-dən çox hücum dronu, təxminən 1 560 aviasiya bombası və 62 raket atılıb. Raketlərin əksəriyyətinin ballistik olduğu bildirilir.


Zelenskinin məlumatına görə, son hücumlar nəticəsində Kiyev və ətrafında 6 nəfər, Krivoy Roqda 14 nəfər yaralanıb, 2 nəfər ölüb. Sumıda isə 1 nəfər həyatını itirib.

Ukrayna lideri vurğulayıb ki, yeni yardım paketləri hər gün insanların həyatının xilas edilməsi və infrastrukturun qorunması deməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki