Dövlət Bağçalıya ağır itki üz verdi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının bacısı, professor Serpil Bağçalı dünyasını dəyişib.

Referans Media  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata əsasən, Serpil Bağçalı Ankarada qardaşı Dövlət Bağçalı ilə eyni evdə yaşayıb və ictimaiyyətin diqqətindən kənar həyat sürüb.

Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

Qeyd edək ki, Dövlət Bağçalı üç qız və üç oğul olmaqla, altı uşaqlı ailədə böyüyüb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki