40 yaşlı kişi güllə yarasından öldü

Ağdaş sakini güllə yarasından ölüb.

Referans Media xəbər verir ki, 40 yaşlı Rəşad Abidovun meyiti evinin həyətində aşkarlanıb.

Şəxsin ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarət sonrası vəfat etdiyi məlum olub.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma başlanılıb./“Qafqazinfo”/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki