Erməni əsgər intihara məcbur edilib - İddia - FOTO

Ermənistan ordusunda intihar edən əsgərin bu addımı atmağa məcbur edildiyi aşkarlanıb.

Referans Media xəbər verir ki, intihar etməzdən əvvəl onun əsgər yoldaşları ilə problemləri olub.

İşlə bağlı 2 nəfər saxlanılıb, daha 1 nəfərin həbsi istisna edilmir. 

Xatırladaq ki, Müdafiə Nazirliyinin 9-cu hərbi hissəsinin hərbçisi Tiqran Stepanyanın cəsədi 31 oktyabrda güllə yarası ilə tapılıb. Müdafiə Nazirliyi hadisənin səbəblərini tam aydınlaşdırmaq üçün araşdırma aparıldığını bildirib./yenisabah/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki